Qazaxda çətənə becərən qadın saxlanıldı
26 iyul 2025 08:53 (UTC +04:00)

Qazaxda çətənə becərən qadın saxlanıldı

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, tədbir zamanı S. Qurbanova saxlanılıb.

Onun Xanlıqlar kəndi ərazisində yerləşən torpaq sahəsindən çətənə kolları aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404

Oxşar yazılar