Qazaxda minik maşını aşdı, ölənlər var  - FOTO
09 dekabr 2022 08:17 (UTC +04:00)

Qazaxda minik maşını aşdı, ölənlər var - FOTO

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 1982-ci il təvəllüdlü Kamil Qaragözov və 1981-ci il təvəllüdlü Rəşad Vəliyev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

# 3144
avatar

Oxşar yazılar