Qəbələ rayonu Dızaxlı kəndində qeyri-adi xuliqanlıq hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi xəbərə görə, kənd sakini, R.M. münaqişə zəminində həmkəndlisi, A.A.nın sol qulağını dişləyərək qoparıb.
Məlumata görə, tərəflər arasında torpaq sahəsi ilə bağlı münaqişə yaranıb.
R.M. saxlanılıb.
Araşdırma aparılır.