Qoyun otarmağa gedən  çobanın meyiti tapıldı
05 may 2022 12:39 (UTC +04:00)

Qoyun otarmağa gedən çobanın meyiti tapıldı

Gədəbəydə çobanın meyiti tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Qarabulaq kənd sakini 51 yaşlı Rzayev Ziyad Abbasəli oğlu mayın 4-ü səhər saatlarında özünün və digər kəndlilərin qoyun-keçilərini otarmaq üçün Zəhmət kəndindəki örüş sahəsinə yollanıb.

Ancaq onun axşam saat 20 radələrinə qədər evə qayıtmaması ailə üzvlərini şübhəyə salıb. Onun axtarışına çıxan ailə üzvləri və kənd sakinləri Z. Rzayevin meyitini elə qoyun otardığı örüş sahəsində aşkar ediblər.

İlkin ehtimala görə, mərhum son zamanlar ürək ağrılarından şikayətlənirmiş.

Hazırda faktla bağlı araşdırma aparılır.

# 2931
avatar

Mehman Nəbiyev

Oxşar yazılar