Qusarda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Lent.az-a verilən məlumata görə, Qusar rayonunun Bədirqala kəndində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Elçin Fətəliyev idarə etdiyi “Ford Transit” markalı avtomobillə 4 yaşlı Y.Əliyevi vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən ölüb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
DİN Mətbuat Xidmətinin Quba regional qrupu valideynlərə müraciət edərək, azyaşlı uşaqların yollarda təhlükəsizliyinə xüsusi diqqət yetirməyə, onların nəqliyyat vasitələrinin hərəkət etdiyi ərazilərdə nəzarətsiz buraxılmamasına çağırır. Sürücülərdən isə yol hərəkəti qaydalarına ciddi əməl etmələri, yaşayış məntəqələrində və piyadaların hərəkət etdiyi ərazilərdə sürət həddini aşmamaları, xüsusilə uşaqların yola çıxma ehtimalının olduğu yerlərdə daha diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışı insan həyatının qorunmasında mühüm əhəmiyyət daşıyır.
***
09:12
Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Bədirqala kəndində olub.
Belə ki, Elçin Fətəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən Yaqub Əliyevi vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.