Şəhid Təbriz İbrahimov dəfn olundu - FOTO  - YENİLƏNİB
20 may 2021 11:33 (UTC +04:00)

Şəhid Təbriz İbrahimov dəfn olundu - FOTO - YENİLƏNİB

Vətən müharibəsində şəhid olan hərbçi Təbriz İbrahimov dəfn olunub.

APA-nın xəbərinə görə, şəhid hərbçi II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn hərbi orkestrin müşayiəti ilə keçirilib, yaylım atəşi açılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Salyan rayon İcra Hakimiyyətinin təmsilçiləri, hərbçilər, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid hərbçi ilə anadan olduğu Salyan rayonunun Çadırlı kəndində dünən vida mərasimi keçirilib. Daha sonra şəhidin nəşi dəfn olunmaq üçün Bakıya gətirilib.

İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci il Salyan rayonunun Çadırlı kəndində anadan olub. Onun sentyabrın sonlarında Murov istiqamətində gedən döyüşlərdə itkin düşdüyü bildirilir.

Respublika Hərbi Prokurorluğunun dünən yaydığı məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

 

***

19 may, saat 20:24

Vətən müharibəsində şəhid olan hərbçi Təbriz İbrahimovla anadan olduğu Salyan rayonunda vida mərasimi keçirilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, şəhid hərbçinin nəşi Salyan rayonunun Çadırlı kəndinə, yaşadığı evə gətirilib.

Şəhidin cənazəsinin önündə qurban kəsilib.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhid hərbçi sabah Bakıdakı II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci il Salyan rayonunun Çadırlı kəndində anadan olub. Onun sentyabrın sonlarında Murov istiqamətində gedən döyüşlərdə itkin düşdüyü bildirilir.

Respublika Hərbi Prokurorluğunun bu gün yaydığı məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

***

10:39

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Bu barədə Lent.az-a Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hərbi Prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılması istiqamətində müntəzəm iş aparılır.

"Bundan əvvəl verilən məlumatlara əlavə olaraq bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır". 

Əsgər İbrahimov Təbriz İsmayıl oğlu

# 16245
avatar

Oxşar yazılar

Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24