Silahı gizlətməyin, polisə təhvil verin - ÇAĞIRIŞ
09 iyun 2026 10:48 (UTC +04:00)

Silahı gizlətməyin, polisə təhvil verin - ÇAĞIRIŞ

0

İyunun 8-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patronun aşkar edilərək götürülüb.

Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyi vətəndaşlara qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verməyin bir daha vacibliyini xatırladır.

Qanunsuz saxlanılan silah və sursatlar bədbəxt hadisələrə, ağır cinayətlərə və insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Vətəndaşlardan belə hallarla qarşılaşdıqda dərhal polisə məlumat vermələri və ictimai təhlükəsizliyin təmin olunmasına dəstək göstərmələri xahiş olunur. 

Qanunvericiliyə əsasən, qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verən şəxslər müvafiq məsuliyyətdən azad olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar