Şirvanda usta hündürlükdən yıxılaraq ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində fərdi yaşayış evlərindən birində dam örtüyünü təmir edən zaman baş verib.
Həmin evdə usta kimi çalışan Şirvan sakini, 1998-ci il təvəllüdlü Rəvan Rəsulov damdan yıxılaraq ağır xəsarətlər alıb.
O, xəstəxanaya çatdırılarkən yolada həyatını itirib.