Siyəzəndə qadın 6 kilo narkotiklə tutuldu - VİDEO
07 fevral 2026 11:28 (UTC +04:00)

Siyəzəndə qadın 6 kilo narkotiklə tutuldu - VİDEO

0

Siyəzəndə qadın 6 kiloqram narkotiklə tutulub.

Lent.az xəbər verir ki, Siyəzən tayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 40 yaşlı Ş.Bayramova saxlanılıb.

Ondan 6 kiloqrama yaxın marixuana, külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, həmçinin psixotrop tərkibli 120 ədəd preqabalin həbi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar