Sumqayıtda toyda ər-arvadı öldürmək istəyən  həbs edildi
11 iyul 2023 18:09 (UTC +04:00)

Sumqayıtda toyda ər-arvadı öldürmək istəyən həbs edildi

Sumqayıtda 2 nəfəri öldürmək istəyən həbs edilib.

Şəhər prokrorluğundan Lent.az-a verilən məlumatda bildirilir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

Şəhər sakinləri Vahid və İradə Kərimduxta kəsici alətlə xəsarət yetirilib. Araşdırma zamanı 69 yaşlı Rafiq Kərimduxtun aralarında yaranmış mübahisə zamanı ərazidə yerləşən şadlıq saraylarının birində qohumları Vahid və onun arvadı İradə Kərimduxta bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə Rafiq Kərimduxt iyulun 11-də Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2507

Oxşar yazılar

Azərbaycanlılar Rusiyanın bu vilayətindən deportasiya olundu

Azərbaycanlılar Rusiyanın bu vilayətindən deportasiya olundu

23 iyun 2025 , 19:59
Qəzada yaralanmışdı, 48 gün sonra  öldü

Qəzada yaralanmışdı, 48 gün sonra öldü

23 iyun 2025 , 19:15
Piknik üçün getmişdilər, 2 uşaq göldə boğuldu

Piknik üçün getmişdilər, 2 uşaq göldə boğuldu

23 iyun 2025 , 18:43
Əhməd Oruc gənc oğlunu  itirdi

Əhməd Oruc gənc oğlunu itirdi

23 iyun 2025 , 18:01
Çaydan yeni doğulmuş körpə meyiti  tapıldı

Çaydan yeni doğulmuş körpə meyiti tapıldı

23 iyun 2025 , 17:58
Aktyor tamaşa zamanı infarktdan öldü

Aktyor tamaşa zamanı infarktdan öldü

23 iyun 2025 , 17:43
Bakıda kuryerlərdən 12 kilo narkotik götürüldü - VİDEO

Bakıda kuryerlərdən 12 kilo narkotik götürüldü - VİDEO

23 iyun 2025 , 17:22
Bəhruz Səmədova HÖKM OXUNDU

Bəhruz Səmədova HÖKM OXUNDU

23 iyun 2025 , 16:27