Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
03 avqust 2025 19:49 (UTC +04:00)

Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB

Tərtərdə su kanalında boğularaq həyatın itirən Natiq Hüseynov şəhid qardaşı olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, onun qardaşı Amil Namiq oğlu Hüseynov Vətən müharibəsində şəhid olub.

Qeyd edək ki, Natiq və Amil ailədə iki qardaş olub.

***

saat 19.28

Tərtərdə su kanalında boğularaq həyatın itirən şəxsin kimliyi məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, o, Bərdə rayon Körpüqıran kənd sakini 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlundur.

***

saat 19.03

Tərtər ərazisində su kanalında axına düşən dörd nəfərdən 3-ü xilas edilib, 1 nəfərin isə meyiti tapılıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Cəmilli kəndi ərazisində baş verən hadisə zaman xilas edilənlərdən biri - Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğlunun vəziyyətinin stabil, iki nəfərin isə həyatı təhlükəsinin olmadığı bildirilir.

Digər bir nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Onun meyiti Suqovşan-Goranboy magistral suvarma kanalının Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 17.45

Tərtərdə 3 nəfər kanalda batıb. 

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Suqovşan-Goranboy magistral su kanalının Cəmilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dörd nəfər çimmək məqsədilə sözügedən kanala düşüblər. Onlardan 1-ni sudan çıxarmaq mümkün olub, digər 3 nəfərin axtarşı davam edir. 

Sudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980

Oxşar yazılar