Trabzonda Ali Eren S. arvadının evinə eyvandan girərək onu güllələyərək öldürüb. O, şağırışa gələn mühafizəçini də yaralayıb və hadisə yerindən motosikletlə qaçıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qəddar hadisə iyulun 31-də saat 22:40-də şəhərin Beşikdüzü məhəlləsində, Adacık məhəlləsində baş verib. 30 yaşlı Ali Eren S. eyvandan həyat yoldaşı Sinem S.nin birinci mərtəbədəki evinə daxil olub. Boşanma prosesində olduğu bildirilən cütlük arasında naməlum səbəbdən mübahisə düşüb.
Mübahisə zamanı Ali Eren S. silahla Sinem S.yə atəş açıb. Silah səslərini eşidən qonşuların xəbər verməsindən sonar ünvana mühafizəçi, polis və tibb işçiləri göndərilib. Silahlı şübhəli şəxs mühafizəçiləri də güllələyib və motosikletlə hadisə yerindən qaçıb. Mühafizəçilərdən biri güllənin qasıq nahiyəsinə dəyməsi nəticəsində yaralanıb.
İlkin tibbi yardım göstərildikdən sonra Sinem S. və gözətçi təcili yardımla xəstəxanaya aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq Sinem S. orada dünyasını dəyişib. Əməliyyat olunan mühafizəçinin səhhətinin yaxşı olduğu bildirilir.
Bu arada Sinem S.nin bir müddətdir ərindən ölüm təhdidləri aldığı öyrənilib.
Trabzonun Beşikdüzü rayonunda eyvandan evə girərək boşanmaqda olan arvadı Sinem Somunu güllələyən və qaçmadan əvvəl məhəllə gözətçisini yaralayan Ali Eren Somun Sinopda çöldə düşərgə çadırı qurmaq istəyərkən yaxalanıb.
Qadın Cinayətlərini Durduracağıq Platformasının məlumatlarına görə, iyun ayında 15 qadın öldürülüb, 26 qadın isə şübhəli şəraitdə ölü tapılıb.
Bu ilin 6 ayında 136 qadın müxtəlif bəhanələrlə, 145 qadın isə şübhəli şəraitdə qətlə yetirilib.