Dönərdən zəhərlənənlərin  hamısının adları məlum oldu - YENİLƏNİB
25 iyun 2025 22:24 (UTC +04:00)

Dönərdən zəhərlənənlərin hamısının adları məlum oldu - YENİLƏNİB

Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 28 nəfərə çatıb.

***

20:29

Tovuzda dönərdən zəhərlənən digər şəxslərin adları məlum olub.

Lent.az-ın məlumatına görə zəhərlənənlər 13 yaşlı Qədir Yusofov, 28 yaşlı Səbinə Muradova, 38 yaşlı Şəhanə İsmayılova, 10 yaşlı Dilək Musayeva, 20 yaşlı Nurəddin Məmmədov, 34 yaşlı Suqra Abdullayeva, 16 yaşlı Təhminə Məmmədova və 17 yaşlı Məmmədəli Hacıyevdir.

Qeyd olunur ki, zəhərlənən qadınlardan biri hamilə olub.

***

19:35

Tovuzda dönərdən zəhərlənənlərin sayı 20 nəfərə çatıb.

***

Bu gün saat 16:55-dən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə Lent.az-aTƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

***

Tovuzda dönərdən zəhərlənən şəxslərin adları məlum olub.

Lent.az-ın məlumatına görə, zəhərlənən şəxslərlər 3 yaşlı Əli Əliyev, 18 yaşlı Aysu Cəfərova, 46 yaşlı Xatirə Musayeva, 17 yaşlı Ruslan Əmiraslanov, 18 yaşlı Rəvan Eyvazov, 12 yaşlı Ramal Eyvazov, 42 yaşlı Daşdəmir Eyvazov, 6 yaşlı Pünhanə Ələkbərli, 9 yaşlı Emil Kərimli, 7 yaşlı Elif Kərimli, 28 yaşlı Şahanə Əliyeva, 19 yaşlı Aygün Hüseynova və daha bir nəfərdir.

***

18 :36

Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, 13 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənənlər içərisində azyaşlıların da olduğu bildirilir.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1370

Oxşar yazılar