26 iyun saat 08:00-dan 29 iyun saat 22:00-dək Bakıda bəzi ünvanlarda yol təmir işləri aparılacaq.
Lent.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.
- Səbail rayonu, Badamdar şosesi (20-ci Sahə dairəsindən Şahlar Allahverdiyev
küçəsinin kəsişməsinə qədər);
- Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi (Konservatoriyanın qarşısı) və Səməd
Vurğun küçəsi (Türkiyə Cümhuriyyəti Səfirliyinin qarşısı);
- Binəqədi rayonu, Ziya Bünyadov prospekti (yan yol, Atatürk prospektindən -
Azadlıq prospektinə qədər);
- Nərimanov rayonu, Ziya Bünyadov prospekti (yan yol Azadlıq prospektindən İbrahimpaşa Dadaşov küçəsinə qədər) və Ziya Bünyadov prospekti (Zaur Nudirəliyev küçəsindən Ağasadıq Gəraybəyli küçəsinə qədər);
- Nizami rayonu, Musa Əliyev və Oqtay Vəliyev küçələri (hissə-hissə);
- Yasamal rayonu, Akim Abbasov küçəsi (Həsən bəy Zərdabi küçəsindən Şəfayət Mehdiyev küçəsinə qədər).
Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. (YOLLAR BAĞLANMIR)