Daha bir küçədə avtobus zolağında  sərnişin mindirməyə yer ayrıldı
25 iyun 2025 17:59 (UTC +04:00)

Daha bir küçədə avtobus zolağında sərnişin mindirməyə yer ayrıldı

Neftçilər prospektində (Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında) avtobus zolağında sərnişinlərin mindirib-düşürülməsi üçün yer təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumatda qeyd edilir ki, bundan əvvəl Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikayıl Rəfili, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində minib-düşmə yerləri sərnişinlərin ixtiyarına verilib.

Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır. 

Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar