Toy karvanında "avtoşluq"  edənlər tutuldu - VİDEO
08 iyun 2026 16:33 (UTC +04:00)

Toy karvanında "avtoşluq" edənlər tutuldu - VİDEO

0

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən “Tofas” və “Mercedes” markalı avtomobillərin sürücüləri Hüseyn Tağızadə və Zamin Mehdiyev saxlanılıblar.

Lent.az xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, H.Tağızadə nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edib.

Hər iki sürücü barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, H.Tağızadə inzibati qaydada həbs olunub, Z.Mehdiyevin isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar