Türkiyəli qadın Bakıda estetik əməliyyatdan  sonra öldü - YENİLƏNİB
07 avqust 2026 16:46 (UTC +04:00)

Türkiyəli qadın Bakıda estetik əməliyyatdan sonra öldü - YENİLƏNİB

1

Bakıda estetik əməliyyatdan sonra pasiyentin ölüm faktı prokurorluq tərəfindən araşdırılır.

Bu barədə Lent.az-a Baş Prokurprluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Kəpəz” Hospitalında baş verən ölüm faktı ilə bağlı müvafiq olaraq Nəsimi rayon prokurorluğunda araşdırma başlanıb.

***

Saat 15:22

Bakı şəhər Nəsimi rayonu ərzisində yerləşən “Kəpəz” Hospitalda ölüm hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Almaniya vətəndaşı olan Türkiyə əsilli Tulin Turp dünən tibb müəssisəsində keçirdiyi plastik əməliyyatdan sonra vəfat edib.

Bildirilib ki, Tulin Turp klinikada estetik cərrah Seymur Məmmədov tərəfindən əməliyyat edilib və səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib.

Qeyd edək ki, daha əvvəl Seymur Məmmədovun əməliyyat etdiyi 2 qadının ölümü ilə bağlı məlumatlar yayılıb. Bunlar 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci ildə anadan olmuş Pərvanə Mirzəyevadır. Hər iki qadının S.Məmmədov tərəfindən “Etalon” klinikasında əməliyyat ediləndən sonra öldüyü bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 944

Oxşar yazılar