Şərəf Hüseynova
01 iyun 2021 17:26 (UTC +04:00)

Şərəf Hüseynova

Uşaq doğan 15 yaşlı qız kiminlə evli olub? - NƏNƏSİ AÇIQLADI

Ağcabədi rayonunda 15 yaşlı yeniyetmə qızın uşaq dünyaya gətirməsi barədə xəbər vermişdik.

Lent.az hadisə ilə bağlı maraqlı faktlar əldə edib. Araşdırmalarımız nəticəsində məlum oldu ki, sözügedən qız 23 yaşlı xalası oğlu ilə qeyri-rəsmi evli olub. Onlar dini kəbin əsasında ər-arvad kimi yaşayıblar.

Lent.az uşaq dünyaya gətirən yeniyetmə qızın nənəsi ilə əlaqə yaradıb. Hadisə barədə saytımıza danışan qızın ata nənəsi Şərəf Hüseynova bildirib ki, nəvəsi xalası oğlu ilə sözlü olub: 

“Onların evlənməsi üçün hər iki ailə gözləyirdi. Ancaq sonradan oğlanın anası dünyasını dəyişdi. Onlara bir çay verən yox idi. Ümumiyyətlə evdə bir qadın yox idi. Nəvəm də xalasıgilə tez-tez gedib-gəlirdi. Sonra özü dedi ki, onları bu vəziyyətdə qoymaq istəmir və getdi qayıtmadı. Beləcə nəvəm xalası oğlu ilə bir evdə yaşamağa başladılar.

Onu da deyim ki, nəvəmin hamilə olduğunu biləndən sonra həkimə aparmağa qorxdum. Axı necə gedib deyərdim ki, 15 yaşlı qız hamilədir. Sonradan isə başqa çarəmiz olmadı və sənədləri verəndə azyaşlı olduğu müəyyən olundu”. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, hadisə ilə bağlı Rayon Mərkəzi Xəstəxanasından Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Faktla bağlı RPŞ-nin əməkdaşları tərəfindən ilkin araşdırma tədbirləri başlanılıb.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18647

Oxşar yazılar

Şəmkirdə 52 yaşlı qadını ilan sancdı

Şəmkirdə 52 yaşlı qadını ilan sancdı

3 avqust 2025 , 12:39
Şəmkirdə çay evi yandı

Şəmkirdə çay evi yandı

3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü

Astarada tur rəhbəri dağda yıxılıb öldü

2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını  öldürdü

Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü

2 avqust 2025 , 19:33
Jurnalistə qarşı  dələduzluqla bağlı   məhkəmədən QƏRAR

Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR

2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu

Kür çayında yeniyetmə boğuldu

2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb  öldü

Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü

2 avqust 2025 , 17:14