Türkiyənin İzmir şəhərində özəl xəstəxanada üz gərmə əməliyyatı olunan uzman həkim-psixiatr Emine Yılmaz vəfat edib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, ümumi anesteziya altında keçirilən əməliyyat 11 saat davam edib. Əməliyyatdan sonra həkimin ürəyi dayanıb.
Uzun müddət ürək masajı edildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxana əməkdaşlarının müdaxilələrinə baxmayaraq, Emine Yılmazın həyatını xilas etmək mümkün olmayıb.

Həyatını itirən həkimin həyat yoldaşının da özəl xəstəxanada radioloq işlədiyi bildirilir.
Əməliyyatı həyata keçirən professorun xəstəxana ilə kənardan müqavilə əsasında əməkdaşlıq etdiyi qeyd olunur. Hadisə ilə bağlı araşdırma aparılır.