Xaçmazda evdən 50 minlik OĞURLUQ - KAMERA GÖRÜNTÜLƏRİ
24 iyun 2026 11:00 (UTC +04:00)

Xaçmazda evdən 50 minlik OĞURLUQ - KAMERA GÖRÜNTÜLƏRİ

0

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı Calal Səfərəliyev və tanışı, 29 yaşlı Çingiz Məmmədov saxlanılıblar.

Lent.az-ın xəbərinə görə, araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər daxil olduqları mənzillərdən zinət əşyaları, saatlar və elektron avadanlıqlar oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 50 min manata yaxın maddi ziyan vurublar.

Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə Xaçmaz rayonu ərazisində yerləşən otellərin birindən və evlərdən oğurluq etməkdə şübhəli bilinən 42 yaşlı Rəşad Kərimov da saxlanılıb. Onun daxil olduğu məkanlardan 2 ədəd mobil telefon, nağd pul və plastik kartlar oğurladığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar