11 yaşlı oğlan Kürdə boğulub
14 avqust 2013 14:16 (UTC +04:00)

11 yaşlı oğlan Kürdə boğulub

0

Bu gün Mingəçevir şəhərində faciəvi hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə 1 nəfərin Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsinə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 10 km məsafədə, nəzarət olunmayan ərazidə) düşməsi barədə məlumat daxil olub.

 

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Müəyyən olunub ki, çaya düşən şəxs 2002-ci il təvəllüdlü Şahin Ceyhun oğlu Şahquliyevdir. Dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində Ş.Şahquliyevin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1190

Oxşar yazılar