<b>Cinayətdə ittiham edilən 4 uşaq anasından etiraf: <span style="color:red;">"Professorun evində..." </b>
25 oktyabr 2017 11:00 (UTC +04:00)

Cinayətdə ittiham edilən 4 uşaq anasından etiraf: "Professorun evində..."

 

 

 

Bakı Dövlət Universitetinin (BDU) professorunun evindən oğurluq etməkdə ittiham edilən 4 uşaq anası 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə  məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

 

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

 

Qeyd edək ki, Mehriban Quliyeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinir. O, qulluqçu işlədiyi mənzildən oğurluq etməkdə şübhəli bilinir.

 

4 uşaq anası olan M.Quliyeva 5-ci uşağına da hamilədir. Övladlarının kiçiyinin 3, böyüyünün isə 9 yaşı var. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ev dustaqlığında olan qadın ittihamda qeyd edilənlərlə razılaşmır.

 

İşlədiyi evdən oğurluq etdiyini etiraf edən M.Quliyeva məbləğin şişirdildiyini söyləyir. O, mənzil sahibinə dəymiş zərərin bir hissəsini ödəyib.

 

Bildirək ki, mənzilindən oğurluq edilən Aidə İbrahimova BDU-nun professorudur. İttihama görə onun mənzilindən 41 min manat oğurlanıb. M.Quliyeva 7 min manatı istintaq dövründə ödəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300

Oxşar yazılar

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47