8 yaşlı uşağı qaçırıb, atasından 30 min tələb eləyənin istəyi reallaşmadı
26 oktyabr 2017 10:19 (UTC +04:00)

8 yaşlı uşağı qaçırıb, atasından 30 min tələb eləyənin istəyi reallaşmadı

 

Uşaq oğurluğunda təqsirləndirilən Elnur Məmmədovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Hakimlər kollegiyasının qərarına əsasən, E.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

 

Qeyd edək ki, ötən il Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 8 yaşlı oğlu Hüseyn Ramazanlı bir gün əvvəl evdən çıxıb və geri qayıtmayıb. Arşdırılmalardan sonra bəlli olub ki, özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edərək oğlu H.Ramazanlını girov götürdüyünü deyib. O, uşağın azad edilməsi müqabilində 30 min manat pul tələb edib. Şəxsiyyəti sonradan müəyyənləşdirilmiş E.Məmmədov polisə bu barədə məlumat veriləcəyi təqdirdə uşağın orqanlarını çıxarıb satacağını deyib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini E.Məmmədov tutulub. Şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə (“skoç”la) bağlı vəziyyətdə olan H.Ramazanlı tapılaraq valideynlərinə təhvil verilib.

 

Mayın 11-də E.Məmmədov həbs olunub və ertəsi gün barəsində həbs qətimkan tədbiri seçilib.

 

O, Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235

Oxşar yazılar

Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər

Ata-ana körpəni aclıqdan öldürdülər

23 avqust 2025 , 15:28
Bakıda evin pəncərəsini qırıb  külli miqdarda pul apardılar

Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar

23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər  yol qəzasında yaralandı

Tərtərdə 3 nəfər yol qəzasında yaralandı

23 avqust 2025 , 12:10