
At arabasını vurub qaçan sürücü HƏBS EDİLDİ
Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində müəyyən edilməmiş avtomobillə kənd sakini Vaqif Əkbərovun sürdüyü at arabası vurulub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, V.Əkbərov xəsarətlə xəstəxanaya yerləşdirilib. Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətricəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Xəsarətlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Mürsəlli kənd sakini Rəvan Qəhrəmanov polis əməkdaşları
tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Oxşar yazılar

Rusiyada həbs olunan Azərbaycan diasporunun rəhbəri istintaq təcridxanasında hansı şəraitdə saxlanılır
6 avqust 2025 , 15:44
DİN-dən əməliyyat - Mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr tutuldu - VİDEO
6 avqust 2025 , 15:37
İş başında infarkt keçirən komandir öldü
6 avqust 2025 , 12:46
Kəlbəcərdə hərbi avtomobil minaya düşdü, 5 yaralı - YENİLƏNİB
6 avqust 2025 , 11:17
Mahir Abbasov 34 kq narkotiklə TUTULDU
6 avqust 2025 , 10:36
Rüşvət alan gömrükçülərin MƏHKƏMƏSİ BAŞLAYIR
6 avqust 2025 , 10:10
Mingəçevirdə küçədə meyit tapıldı
6 avqust 2025 , 10:05