
Cəlillabadda məsciddən oğurluq edən dəstə ələ keçdi
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki 5 obyektdən oğurluq edən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini A.Abışov RPŞ-nin Göytəpə polis bölməsinə ərizə ilə müraciət edərək ona məxsus hamam binasının anbarından 500 manat dəyərində dəmir boruların oğurlandığını bildirib.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Göytəpə şəhər sakinləri E.Eynullayev, Z.Şükürov və M.Nurullayev saxlanılıb.
Araşdırmalarla onların digər oğurluq əməllərinin də üstü açılıb və rayon ərazisindəki mağaza, çayxana, təmir sexi, məscid olmaqla ümumilikdə 4 obyektdən də 300 manat dəyərində su mühərriki, 250 manat dəyərində elektrik nizamlayıcısı, 105 manat dəyərində avtomobil təmiri alətləri, həmçinin kabel və digər məişət əşyalarını oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır
Oxşar yazılar

Bakıda FACİƏ: 61 yaşlı kişinin meyiti pilləkən qəfəsində tapıldı
9 avqust 2025 , 19:08Evlərdən oğurluq edənlər belə SAXLANILDI
9 avqust 2025 , 18:06
Sumqayıtda ağacın altında meyit tapıldı
9 avqust 2025 , 18:04
Bakıda FACİƏ: usta hündürlükdən yıxılıb öldü
9 avqust 2025 , 17:16
Zabratda DƏHŞƏT: 29 yaşlı kişini belə öldürdülər -YENİLƏNİB
9 avqust 2025 , 16:58
Bakıda avtomobil piyadanı vurdu
9 avqust 2025 , 16:28
Sumqayıtda KURYOZ OĞURLUQ: 45 min manatı götürüb yerinə saxta pul qoydu
9 avqust 2025 , 14:17