[b]Deputatın yaxın qohumuna pul “atan” şəxsə vaxt verildi[/b]
23 oktyabr 2017 10:48 (UTC +04:00)

[b]Deputatın yaxın qohumuna pul “atan” şəxsə vaxt verildi[/b]

 

Mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Rahib Salmanovun sədrliyi ilə keçilən prosesdə zərərçəkmiş Şahin Hüseynovun məhkəməyə gəlmədiyi elan olub.

 

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

 

Ş.Bədəlov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

 

Hakim bildirib ki, zərərin ödənilməsi üçün məhkəmə Ş.Bədəlova iki ay vaxt verib.

 

Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib.

 

 

Qeyd edək ki, 1969-cu il təvəllüdlü Şamil Aydın oğlu Bədəlov “Azital İnşaat” MMC şirkətinin direktoru vəzifəsində çalışıb. İttiham aktına əsasən, o, şirkətin 42 min manat pulunu mənimsəyib.

 

Ş.Bədəlov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

 

Xatırladaq ki, “Azital İnşaat” MMC şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevin qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunub. Deputat A.Vəliyev həmçinin “Azəraqrartikinti” ASC-nin rəhbəridir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411

Oxşar yazılar

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47