
Elektrik naqillərini oğurlayanlar tutuldu
Elektrik naqillərini oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, ötən ilin sentyabr ayında Ağcabədi rayon sakini Bəxtiyar Quliyev “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edərək ona məxsus evdən 300 metr uzunluqda elektrik naqillərinin oğurlandığı barədə məlumat verib.
Məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini olan 2 yeniyetmə saxlanılıb. Dindirilmə zamanı onlar 300 metr uzunluqda elektrik naqillərini oğurlayıb dəyərindən ucuz qiymətə satdıqlarını etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Sumqayıtda KURYOZ OĞURLUQ: 45 min manatı götürüb yerinə saxta pul qoydu
9 avqust 2025 , 14:17
Binəqədidə evi soydular: görün, nələ aparıblar
9 avqust 2025 , 14:12
Biləsuvarda yolda maşın yandı, magistral bağlandı -YENİLƏNİB
9 avqust 2025 , 13:53
Polisinin tələbinə riayət etməyən sürücü həbs edildi - SƏBƏB
9 avqust 2025 , 13:44
Cəlilabadda çaqqal sakinlərə hücum etdi
9 avqust 2025 , 13:10
İsmayıllıda iki maşın toqquşdu: qadın öldü
9 avqust 2025 , 13:01
Ağdaşda FACİƏ: 35 yaşlı kişini traktorda "tok" vurub öldürdü - YENİLƏNİB
9 avqust 2025 , 12:43