<b>Goranboyda narkotacir həbs edilib</b>
01 mart 2019 11:58 (UTC +04:00)

Goranboyda narkotacir həbs edilib

Goranboyda narkotacir həbs edilib.
 
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a  verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Rauf Niftəliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. 
 
Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əynindəki gödəkçənin iç cibindən qanunsuz yolla əldə edib saxladığı 4,4 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.
​İlkin dindirilmə zamanı R. Niftəliyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.
 
 
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar