![[b]Keçmiş bələdiyyə sədri məhkəmə zalında həbs edildi[/b]](https://www.lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Keçmiş bələdiyyə sədri məhkəmə zalında həbs edildi[/b]
Dələduzluqda, mənimsəmədə və saxta sənəd düzəltməkdə təqsirləndirilən Abşeron rayonu, Qobu bələdiyyəsinin keçmiş sədri Ənvər Əmiraslanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədriliyi ilə keçirilən prosesdə Ə. Əmiraslanov 8 il azadlıqdan məhrum olunub.
Sabiq bələdiyyə sədri məhkəmə zalındaca həbs edilib.
Xatırladaq ki, prokuror çıxışında Ənvər Əmiraslanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Ə. Əmiraslanov vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək, ona etibar edilən özgə əmlakı xeyli miqdarda ziyan vurmaqla talayıb, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirib, hüquq verən rəsmi sənədi saxtalaşdırıb. O, 2010-2015-ci illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, özgə əmlakını talamaq məqsədilə Qobu bələdiyyəsinin hesabına ayrı-ayrı daxilolmalar üzrə xəzinəyə mədaxil edilmiş mövcud pul vəsaitindən 4000 manat məbləği mal-material alınması adi ilə məxaric edib, lakin həmin məbləğ üzrə heç bir mal-material almadan qanunsuz olaraq özünə götürüb.
Bundan əlavə, o, həmin vəzifədə işləyərkən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə 2013-cü ildə bələdiyyəyə müraciət etmiş Bakı şəhər sakini Nuriyev Rəhman Saleh oğluna Qobu qəsəbəsində 0,08 ha torpaq sahəsini 2000 manata, Sumqayıt şəhər sakini Qəribov Samir Nəcməddin oğluna 0.08 ha torpaq sahəsini 2000 manata satmaqla onların adına rəsmiləşdirəcəyinə yalandan vəd verib. O, zərərçəkmişlər Namiq Abdullayev, Samir Qəribov və Rəhman Nuriyevdən bələdiyyənin inzibati binasındakı xidməti otağında ümumilikdə 10000 manat pul alaraq, dələduzluq edib. Eyni dələduzluq əməlləri ayrı-ayrı adamlara qarşı təkrarən törədilib.
Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilən Ə. Əmiraslanov barəsində Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 320.1 maddələri ilə cinayət işi açılıb.
Oxşar yazılar

Hamilə olduğunu doğuş zamanı öyrəndi
23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər
23 avqust 2025 , 15:28
Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar
23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər yol qəzasında yaralandı
23 avqust 2025 , 12:10
Bakıda ustanı öz evində cərəyan vurub öldürdü
23 avqust 2025 , 11:49
Oğurladığı nömrələri öz maşınına qoyub sürən saxlanıldı
23 avqust 2025 , 11:33
Prokuror rüşvət alarkən TUTULDU
23 avqust 2025 , 10:35