<b>Könül Kərimovaya "pul atan" qadının istəyi reallaşmadı</b>
02 mart 2019 10:30 (UTC +04:00)

Könül Kərimovaya "pul atan" qadının istəyi reallaşmadı

Əməkdar artist Könül Kərimovaya və digərlərinə qarşı dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının qərarına əsasən M.Məmmədovanın şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə zərərçəkmişlər arasında Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.

M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib. O bu işə görə K.Kərimovadan ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar