
Zaqatalada fındıq oğrusu tutuldu
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini martın 2-də onun evinin həyətyanı sahəsindən 7 kisə fındığın oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxs müəyyən olunub və şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Aparılan araşdırmalar zamanı onun Zaqatala rayon sakini 29 yaşlı Mühiddin Tahirov olduğu müəyyən edilib. Dindirilmə zamanı M. Tahirov ümumi çəkisi 210 kq olan 7 kisə fındığı oğurladığını etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Sumqayıtda KURYOZ OĞURLUQ: 45 min manatı götürüb yerinə saxta pul qoydu
9 avqust 2025 , 14:17
Binəqədidə evi soydular: görün, nələ aparıblar
9 avqust 2025 , 14:12
Biləsuvarda yolda maşın yandı, magistral bağlandı -YENİLƏNİB
9 avqust 2025 , 13:53
Polisinin tələbinə riayət etməyən sürücü həbs edildi - SƏBƏB
9 avqust 2025 , 13:44
Cəlilabadda çaqqal sakinlərə hücum etdi
9 avqust 2025 , 13:10
İsmayıllıda iki maşın toqquşdu: qadın öldü
9 avqust 2025 , 13:01
Ağdaşda FACİƏ: 35 yaşlı kişini traktorda "tok" vurub öldürdü - YENİLƏNİB
9 avqust 2025 , 12:43