<b>Rüşvət verən baş redaktorun məhkəməsi başlayır</b>
15 noyabr 2017 15:49 (UTC +04:00)

Rüşvət verən baş redaktorun məhkəməsi başlayır

"Zaman Pres" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Gündüz Hüseynovun cinayət işi  baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatında araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclası noyabrın 21-ə təyin edilib.

 

Qeyd edək ki, G.Hüseynov dələduzluqda, rüşvət vermə və iştirakçılığın növlərində təqsirli bilinir. O, öz işçilərinə qarşı 200 min manatdan artıq pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. G.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik)maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247

Oxşar yazılar