![[b]Şəhid qızını öldürən biznesmen oğlunun məhkəməsi başladı[/b]](https://www.lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Şəhid qızını öldürən biznesmen oğlunun məhkəməsi başladı[/b]
Bakıda şəhid qızını avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən biznesmen oğlu Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqisrləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Rəhim Rəhimov Bakı Dövlət Universitetin Beynəlxalq Münasibətlər fakultəsinində təhsil alırmış.
Təqsirləndirilən şəxsin vəkili Muxtar Musayev məhkəmənin təxirə salınmasını istəyib: "Qanuni nümayəndə kimiRəhimin atası tanınıb. Onun hazırda səhhəti ilə bağlı problemləri var. Gələn proses gələcək".
Vəkilin vəsatəti təmin edilib.
Məhkəmə yanvarın 30-da davam edəcək.
Qeyd edək ki, ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızı vurulub. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücünün hadisə yerindən qaçması faktına görə cinayət işi başlanıb.
R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, qəzanı tərədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.
Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.
Oxşar yazılar

Tovuzda piyadanı avtomobil vurub öldürdü
21 avqust 2025 , 23:12
Ağcabədidə maye qazdoldurma məntəqəsi yandı, üç nəfər xəsarət aldı - VİDEO
21 avqust 2025 , 22:55
Astarada ağır qəza - 30 yaşlı motosiklet sürücüsü öldü
21 avqust 2025 , 21:57
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçdi - VİDEO
21 avqust 2025 , 21:21
Ermənistan ordusunun Xocalıya, Laçına, Kəlbəcərə, Qubadlıya hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
21 avqust 2025 , 20:40
Cəlilabadda 2 hektar yeri yandıran cəzalandırıldı
21 avqust 2025 , 19:46
Ağstafa sakini evində ölü tapıldı
21 avqust 2025 , 19:33