Beyləqanda yol tikintisinə 2 milyon manat ayırıldı
12 avqust 2013 19:43 (UTC +04:00)

Beyləqanda yol tikintisinə 2 milyon manat ayırıldı

0

Prezident İlham Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, dövlət başçısının sərəncamı ilə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə  nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada   təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 565

Oxşar yazılar