<b>"Kanal 13"ün direktoruna <span style="color:red;">7 il HƏBS TƏLƏBİ </b>
05 dekabr 2017 11:46 (UTC +04:00)

"Kanal 13"ün direktoruna 7 il HƏBS TƏLƏBİ

 

"Kanal 13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun cinayət işi məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

 

 

Dövlət ittihamçısı çıxışında Əziz Orucovun 7 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

 

 

 Vəkil Cavad Cavadovun müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

 

Məhkəmə prosesi dekabrın 12-də davam edəcək.

 

Qeyd edək ki, Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267

Oxşar yazılar