"Kanal 13"ün direktorunun məhkəməsi keçirilib
24 oktyabr 2017 12:19 (UTC +04:00)

"Kanal 13"ün direktorunun məhkəməsi keçirilib

 

"Kanal 13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kübra Məmmədova dindirilib. O, "Kanal 13"də mühasib işləyib.

 

Şahid ifadəsində "Kanal 13" və Qafqaz Media Mərkəzi ilə 2009-cu ildən əməkdaşlıq etdiyini deyib. O, xidmət müqaviləsi ilə layihələrin icrasında iştirak etdiyini, hesabatları verdiyini söyləyib:  "Hər hansı vergidən yayınma halına rast gəlməmişəm. Mühasib kimi ayrılan layihələrin hesabatını vermişəm. Həm Avrasiya Əməkdaşlıq Fondundan, həm də QHT-lərə Dövlət Dəstəyi Şurasından layihələr ayrılmışdı. Hesabatlar vaxtı-vaxtında verilib. "Kanal 13" Qafqaz Media Mərkəzinin nəzdində yaradılmışdı".

 

Kübra Məmmədova bildirib ki, layihələrin icrasından asılı olaraq 100-150 manat arası maaş alıb.

 

Digər şahid isə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov olub.

 

Təşkilat rəhbəri deyib ki, Əziz Orucovla layihə icrası ilə bağlı əməkdaşlıq edib: "Təşkilatımıza layihə icrası üçün QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant ayrılmışdı. Əziz Orucovla tanışlığımız isə uzun müddətdir ki, var idi. Mən onların kanalına müsahibə üçün dəvət edilmişdim. Bundan sonra münasibətimiz yarandı. Biz layihəmiz üçün 15 dəqiqəlik sənədli film çəkməli idik. Filmdə işğal altında olan tarixi abidələrimizin vəziyyəti barədə məlumatlar, görüntülər əks edilməli idi. Buna görə də Əziz Orucova müraciət etdim. O da bu işi layiqincə gördü. Bunun üçün də 6 min manata yaxın pul ödəmişəm".

 

Təşkilat rəhbəri prokurorun sualına cavab olaraq Ə.Orucovdan heç bir şikayət və tələbinin olmadığını deyib.

 

Qeyd edək ki, Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263

Oxşar yazılar

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47