"Ona 200 min dollar vermişəm, qaytarsın" - <span style="color:red;">MTN əməkdaşının məhkəməsində
25 yanvar 2018 15:53 (UTC +04:00)

"Ona 200 min dollar vermişəm, qaytarsın" - MTN əməkdaşının məhkəməsində

 
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmişlər və mülki iddiaçıların apellyasiya şikayəti üzrə məhkəmə davam edib.
 
 
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə iş adamı Mehrac Qurbanov çıxış edib.
O bildirib ki, Vüsal Ələkbərova 200 min dollar verib: "Həmin pulu Vüsaldan istəyirəm".
 
Mehrac Qurbanov bildirib ki, Vüsal Ələkbərovun bəraət istəməsi ilə bağlı şikayəti barədə heç bir söz demək istəmir: "Bu barədə qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxıram".
 
Daha sonra məhkəmə istintaqı tamamlanıb və çıxış etmək üçün prokurora söz verilib. 
 
Prokuror bildirib ki, cinayət işinin həcmi böyükdür. O, çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakimlər onun istəyini nəzərə alıb və prokurora çıxışa hazırlaşmaq üçün vaxt verilib.
 
Məhkəmə fevralın 1-də davam edəcək.
 
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. 
Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə görə, Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş, iş adamı Akif Qurbanova veriləcək. 
 
Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərardad çıxarıb və həmin qərarın surəti icra olunması üçün adiyyəti üzrə prokurluğa göndəriləcək.
 
 
Hökmdən narazı olan zərərçəkmiş və mülki iddiaçılar – Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Bahəddin Sultanov, Müsənnif Salahov apelyasiya şikayətlərini Bakı Hərbi Məhkəməsinə təqdim ediblər. 
 
Vüsal Ələkbərova qarşı Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Bahəddin Sultanov 370 min dollar, Müsənnif Salahov isə 600 min manat məbləğində mülki iddia qalıdırblar. 
Bakı Hərbi Məhkəməsi hökm çıxaran zaman zərərçəkmişlərin mülki iddialarını təmin etməyib. Məhkəmə hökmündə bildirib ki, zərərçəkmişlər həmin məbləğlərdə pulu Vüsal Ələkbərova rüşvət qismində veriblər və buna görə də onların mülki iddiaları təmin olunmayıb. 
Zərərçəkmişlər apelyasiya şikayətlərində hökmün bu hissəsinin ləğv edilməsini və onların mülki iddialarının təmin edilməsini istəyiblər. 
Vüsal Ələkbərovun vəkilləri də hökmdən apelyasiya şikayəti veriblər. Vəkillər hökmün ləğv edilməsini və Vüsal Ələkbərovun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323

Oxşar yazılar