Abituriyentlər ödəmə kartlarını rahatlıqla əldə edə biləcəklər
11 fevral 2013 17:22 (UTC +04:00)

Abituriyentlər ödəmə kartlarını rahatlıqla əldə edə biləcəklər

0

Tələbə Qəbulu üzrə Dövlət Komitəsi virtual ödəmə kartlarının satışı şəbəkəsini genişləndirir.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə TQDK-nın “AzeriCard Prosessinq” mərkəzi ilə birgə elektron ticarət layihəsi üzərində işi başa çatıb.

 
Artıq virtual ödəmə kartlarını “Visa” və “Master” plastik kartlarından istifadə etməklə “Azericard” vasitəsilə də əldə etmək mümkün olacaq.

Xatırladırıq ki, TQDK-nın virtual ödəmə kartları “Azercell”, “Bakcell”, “Nar Mobile”, “GoldenPay”, “NetMoney” və “Azericard” şirkətləri vasitəsilə satılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1058

Oxşar yazılar