Ağır qəza: ölənlər var
21 avqust 2013 12:35 (UTC +04:00)

Ağır qəza: ölənlər var

Hacıqabul rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gəncəşəhər sakini Qorxmaz Məmmədovun idarə etdiyi “Mitsubushi” markalı avtomobil aşıb. Nəticədə sürücü və sərnişini Mikayıl Bağırov dünyasını dəyişib. Digər sərnişin Aytən Əhmədova isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

# 1026
avatar

Oxşar yazılar