Azərbaycan və Türkiyə birgə təlimlərə başladı
12 iyul 2013 15:12 (UTC +04:00)

Azərbaycan və Türkiyə birgə təlimlərə başladı

0

 

 

 

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb.


 

Bu barədə APA Türkiyə Silahlı qüvvələri Baş Qərargahına istinadən məlumat verib.

 

Bu gün start götürən təlimlər iyulun 28-dək davam edəcək. Təlimlər Bakı və Naxçıvanda icra olunacaq.

 

«Təlimin məqsədi Türkiyə və Azərbaycan Quru Qoşunları bölmələri arasında dostluq, əməkdaşlıq və birgə fəaliyyəti inkişaf etdirmək, qarşılıqlı məlumat və təcrübəni paylaşmaqdır», - deyə Baş Qərargahın məlumatında bildirilib.

 

Təlimin Bakıda icra ediləcək hissəsinə Türkiyədən bir piyada bölüyü, Naxçıvanda keçiriləcək hissəsinə isə bir motoatıcı taqım qatılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 857

Oxşar yazılar