Bakıda avtomobil yandı: yaralılar var
19 sentyabr 2013 18:28 (UTC +04:00)

Bakıda avtomobil yandı: yaralılar var

Bu gün Bakı şəhərinin Xəzər rayonu ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektinin Binə qəsəbəsindən keçən hissəsində “VAZ 2107” və “Niva” markalı iki avtomobil toqquşub. “VAZ 2107” daha sonra metal maneəyə çırpılıb və yanmağa başlayıb.

 

Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər yanğının qarşısını alıb.

 

Aznews.az saytının məlumatına görə, isə qəza nəqliyyat müfəttişlərinin vətəndaşa məxsus “VAZ 2107” markalı bir maşını təqib etməsindən sonra baş verib. Məumata görə, nəqliyyat işçiləri Heydər Əliyev prospektində qovduqları maşını Binə qəsəbəsinin yaxınlığında arxadan vurublar. Şahidlərin sözlərinə görə, çox güman ki, nəqliyyat müfəttişləri idarəetməni itirdiklərindən maşına çırpılıblar. 

Nizam

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1247

Oxşar yazılar

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

24 avqust 2025 , 01:32
Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35