Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb
05 aprel 2013 16:39 (UTC +04:00)

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb

Bakı şəhərinin Yasamal rayonu ərazisində evdən külli miqdarda qızıl və pul oğurlanıb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ş.Mehdiyev küçəsi 95, mənzil 59 ünvanında yaşayan Axundov Fərid Tahir oğlu polisə müraciət edib. O bildirib ki, aprelin 4-ü saat 08:dən 13-ə kimi olan müddətdə evinə naməlum şəxs və ya şəxslər soxulub. Evdən ümumilikdə 20 min manat dəyərində qızıl-zinət əşyaları və 30 min manat pul oğurlanıb.

 

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri aparılır. Oğurluğun kim və ya kimlər tərəfindən törədilməsi hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1900

Oxşar yazılar