Bakının iki mərkəzi küçəsində hərəkət məhdudlaşdırılacaq
18 aprel 2014 10:14 (UTC +04:00)

Bakının iki mərkəzi küçəsində hərəkət məhdudlaşdırılacaq

0

Bakının iki mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, “Azəryolservis” ASC yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Məmməd Araz (köhnə adı - Teymur Əliyev) və Yusif Vəzir Çəmənzəminli küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacağı ilə bağlı xəbərdarlıq edib.

 

Sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 912

Oxşar yazılar