Baş Polis İdarəsi Azadlıq Meydanında aksiya ilə bağlı xəbərdarlıq etdi
04 dekabr 2013 15:46 (UTC +04:00)

Baş Polis İdarəsi Azadlıq Meydanında aksiya ilə bağlı xəbərdarlıq etdi

0

Bakının Azadlıq meydanında razılaşdırılmamış aksiya keçirilməsinə imkan verilməyəcək.


 

Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.


Rəis müavini qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: “Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, bunun qarşısı alınacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə dekabrın 8-də “Azadlıq” meydanında aksiya keçiriləcəyi ilə bağlı elanlar yayılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8004

Oxşar yazılar