Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub - EKSKLÜZİV
09 aprel 2013 18:48 (UTC +04:00)

Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub - EKSKLÜZİV

 

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, polis polkovnik-leytenantı Kamandar Həsənov Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Bundan əvvəl isə o, Zaqatala, Neftçala rayonlarında rəis müavini vəzifəsində çalışıb. K.Həsənov polis sistemində əməliyyat işləri üzrə ixtisaslaşıb və Gəncə BPİ-də də rəisin əməliyyat işləri üzrə müavini təyin olunub.

 

Daxili İşlər Nazirliyindən xəbəri Lent.az-a təsdiqləyiblər.

 

Qeyd edək ki, bir müddət əvvəl polis general-mayoru Rasim Musayev Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. Bundan sonra boş qalmış rəis vəzifəsini R.Musayevin müavini, polis polkovnik-leytenantı Anar Əkbərov icra edib. Daxili işlər nazirinin müvafiq əmri ilə Bakı şəhər Xəzər rayon Polis İdarəsinin rəisi Faiq Şabanov Gəncə şəhər Baş Polis İdarəsinə rəis təyin olunandan sonra A.Əkbərov tutduğu vəzifədən azad edilib. K.Həsənov da A.Əkbərovun işdən çıxarılması ilə boş qalan müavin vəzifəsinə təyin olunub.

 

Onu da qeyd edək ki, K.Həsənov F.Şabanov Zaqatala rayon polis Şöbəsinin rəisi olduğu müddətdə rəisin əməliyyat işləri üzrə müavini olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4563

Oxşar yazılar

FTX azərbaycanlını casus adı ilə  belə həbs etdi - VİDEO

FTX azərbaycanlını casus adı ilə belə həbs etdi - VİDEO

21 avqust 2025 , 17:40
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

21 avqust 2025 , 16:31
Ağdamda gənc qadın itkin düşdü - FOTO

Ağdamda gənc qadın itkin düşdü - FOTO

21 avqust 2025 , 15:51
Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

21 avqust 2025 , 15:23
Ana qızının toyunda  infarktdan öldü

Ana qızının toyunda infarktdan öldü

21 avqust 2025 , 13:19
Müayinəyə gələn hamilə   xəstəxanada öldü

Müayinəyə gələn hamilə xəstəxanada öldü

21 avqust 2025 , 11:42
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

21 avqust 2025 , 11:07
Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

21 avqust 2025 , 10:35