Bir ailə qəzaya düşdü: ölən və yaralananlar var
14 avqust 2013 11:02 (UTC +04:00)

Bir ailə qəzaya düşdü: ölən və yaralananlar var

0

Sabirabadda baş verən yol qəzası nəticəsində bir nəfər ölüb, 4 nəfər xəsarət alıb.

 

Sabirabad rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, avqustun 13-də axşam saatlarında Sabirabad-Qaragüney yolunun 3-cü kilometrliyində rayonun Məmişlər kəndində ərazisində Sabirabad sakini Həsənov Əbülfət Ramiz oğlunun idarə etdiyi “VAZ-2106” markalı 10 HA 253 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan sərnişin Soltanova Əzizə Rəzi qızı xəstəxanaya aparılarkən yolda ölüb. Digər sərnişinlər - Həsənova Əqidə Rəzi qızı, Heydərova Zərifə Rəzi qızı, Məhərrəmova Gövhər Mahmud qızı və sürücü müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1185

Oxşar yazılar