DİN-dən Namiq Qaraçuxurlu ilə bağlı açıqlama
10 avqust 2013 10:42 (UTC +04:00)

DİN-dən Namiq Qaraçuxurlu ilə bağlı açıqlama

0

Meyxanaçı Namiq Qaraçuxurlunun polis orqanları tərəfindən saxlanılması məsələsinə Daxili İşlər Nazirliyindən açıqlama gəlib.

 

Bu barədə “Qafqazinfo”ya açıqlama verən Ehsan Zahidov bildirib ki, informasiya həqiqəti əks etdirmir: “ Namiq Qaraçuxurlunun  Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinədə 10 saat saxlanılması xəbəri doğru deyil. O, özü də bu barədə məlumatı təkzib edib”. 

Qeyd edək ki, dünən mətbuatda tanınmış meyxana ifaçısı Namiq Qaraçuxurlu polis tərəfindən saxlanılması haqda informasiya yayılmışdı.

Meyxanaçı isə "Qafqazinfo"ya açıqlamasında yayılan informasiyanın kökündən yanlış olduğunu və ümumiyytlə belə bir hadisənin baş vermədiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3812

Oxşar yazılar