Elçin Quliyev: “...yeni hərbi hissələr fəaliyyətə başlayacaq ”
10 iyul 2013 11:53 (UTC +04:00)

Elçin Quliyev: “...yeni hərbi hissələr fəaliyyətə başlayacaq ”

0

Bu il Azərbaycanın sərhəd mühafizəsində 6 yeni hərbi hissə xidməti döyüş fəaliyyətinə başlayacaq.


 

APA-nın bildirdiyinə görə, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Akademiyası məzunlarının buraxılışında DSX rəisi, general-leytenant Elçin Quliyev məlumat verib.

 

E. Quliyev bildirib ki, tikinti quruculuq işləri ilə yanaşı sərhəd mühafizəsində müasir silahlar, avadanlıqlar, uçuş və üzmə vasitələri tətbiq edilir. DSX-ya həvalə edilmiş digər xüsusi tapşırıqların icrası üzrə fəaliyyətlər davam etdirilir.

 

«Bu gün əsas hədəfimiz Azərbaycan sərhədlərinin tam mühafizə altına götürülməsi, əsas məqsədimiz işğal altında olan dövlət sərhədlərinin azad edilməsidir», - deyə DSX rəisi əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1159

Oxşar yazılar