Eynulla Fətullayev Moskva aeroportunda saxlanılıb
21 oktyabr 2015 00:40 (UTC +04:00)

Eynulla Fətullayev Moskva aeroportunda saxlanılıb

Oktyabrın 21-22-də Moskvada keçiriləcək Olimpiyaçıların I Ümumdünya Forumunu işıqlandırmağa gedən Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev Moskva aeroportunda Rusiya Gömrük Xidməti əməkdaşları tərəfindən saxlanılıb.

 

Lent.az-ın verdiyi xəbərə görə, E.Fətullayev virtualaz.org saytına açıqlamasında bildirib ki, o, aeroportda təyyarədən enən kimi saxlanılıb. Aeroportun gömrük idarəsinin əməkdaşları jurnalisti yoxlamağa başlayıblar. Yoxlanış bir saatdan çox çəkib. E.Fətullayev kobud rəftara məruz qaldığını bildirib. Jurnalistin əl baqajı və şəxsi kompüteri  yoxlanıb.

 

E.Fətullayev Rusiya Prezidenti Administrasiyasına zəng vurduğunu, lakin heç bir reaksiya verilmədiyini bildirib.

 

E.Fətullayev Olimpiyaçıların I Ümumdünya Forumunun işində iştirak etməkdən imtina etdiyini bildirib.

 

Qeyd edək ki, E.Fətullayev Moskvaya Ümumdünya Olimpiyaçılar Assosiasiyasının və Rusiya Milli Olimpiya Komitəsinin dəvəti ilə gedib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206

Oxşar yazılar