Gömrükdə qaçaqmalçılıq hallarının qarşısı alınıb
26 sentyabr 2014 12:53 (UTC +04:00)

Gömrükdə qaçaqmalçılıq hallarının qarşısı alınıb

Gömrük orqanları qaçaqmalçılıq hallarının qarşısını alıb. Dövlət Gömrük Komitəsinin mətbuata xidmətindən Lent.az.-a verilən məlumata görə,  Rusiya Federasiyasından  Azərbaycana gələn Rusiya  vətəndaşı Alıyev Rafig Maharram oğlunun idarə etdiyi “Mercedes Benz Vito”  markalı Y 478 CY 161 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin  “Sınıq Körpü” gömrük postunda gömrük nəzarəti həyata keçirilib.Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda arxa oturacaq və söykənəcək hissədə xüsusi düzəldilmiş gizli saxlanc yerlərindən 2000 qutu üzərində aksiz markası olmayan ”Marlboro” siqaretləri  aşkar olunaraq götürülüb.

Spirtli içkilərin və tütün məmulatlarının qaçaqmalçılığı ilə bağlı daha bir fakt isə Gəncə və Sumqayıt Gömrük idarələrinin birgə keçirdiyi əməliyyata nəticəsində aşkar edilib. Əməliyyat zamanı Gəncə şəhər  sakini  30 yaşlı Əskərov Toğrul Ramiz oğlunun  idarə etdiyi VAZ 21074 markalı avtomobilə baxış keçirilib. Avtomobilin salonundan üzərində  aksiz markası olmayan xaricdə istehsal olunan 176 ədəd araq, 2 ədəd viski,  8 ədəd şərab , 13 enerji içkisi , eyni zamanda müxtəlif markalı  564 qutu siqaretlər aşkar edilərək götürülüb.

   Daha bir qaçamalçılıq hallının qarşısı  Balakən Gömrük İdarəsi tərəfindən alınıb.  “Mazımçay”  gömrük postunda isə Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşı Sabuncu Tanerin idarə etdiyi “Mercedes Benz” markalı 08K6425/08K6495 nömrə nişanlı  yük avtomobilinə gömrük baxışı  keçirilib.  Gömrük baxışı zamanı  avtomobildən   invoysda göstərilməyən və gömrük orqanına düzgün bəyan olunmayan  14 adda  94 min 271 ədəd elektrik,  santexnika  avadanlıqları və tikinti malları aşkar olunub.

Hər üç faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar

Dünən bank kartlarından 10 min manatdan çox  pul oğurlanıb

Dünən bank kartlarından 10 min manatdan çox pul oğurlanıb

16 may 2025 , 09:55
Naxçıvanda dələduz "məmur"  saxlanıldı

Naxçıvanda dələduz "məmur" saxlanıldı

16 may 2025 , 09:46
İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?

İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?

16 may 2025 , 09:37
Tiktokda   dələduzluq edən TUTULDU

Tiktokda dələduzluq edən TUTULDU

16 may 2025 , 09:32
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

16 may 2025 , 09:23
Sabiq məmur HƏBSDƏ ÖLDÜ

Sabiq məmur HƏBSDƏ ÖLDÜ

16 may 2025 , 09:15
İmişlidə DƏHŞƏT:  məktəbli qızın meyiti tapıldı

İmişlidə DƏHŞƏT: məktəbli qızın meyiti tapıldı

16 may 2025 , 09:11
Gəncə sakini restoranda  bıçaqlandı

Gəncə sakini restoranda bıçaqlandı

16 may 2025 , 08:43